NE ARAMIŞTINIZ ?

Ramazan bayramı ərəfəsində İstanbulda mindən çox aztəminatlı soydaşımıza yardım edilib

23 Mayıs 2020 Genel

Bakı. Trend:

Mayın 22-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və müvəqqəti çətinliklərlə üzləşmiş aztəminatlı ailələrə yardım göstərilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məqsəd yeni növ koronavirus pandemiyasının soydaşlarımıza mənfi təsirlərinin azaldılması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, eləcə də müqəddəs Ramazan bayramı münasibəti ilə həmvətənlərimizi təbrik etmək olub.

Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış ünvanlı siyahı əsasında və İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 350-ə yaxın ailəyə (ümumi sayı 1000 nəfərdən çox) alış-veriş kartları təqdim olunub. Kartlara hər ailənin tərkibinə uyğun məbləğ yüklənib. Bu kartlar vasitəsilə soydaşlarımız şəhərdəki “Metro” mağazalar şəbəkəsindən alış-veriş edə biləcəklər.

Dövət Komitəsinin bu formada dəstəyi soydaşlarımız tərəfindən təqdir olunub. Onlar yüksək səviyyəli diaspor siyasəti yürüdən, xaricdə yaşayan soydaşlarımızın diqqət və qayğısına qalan Azərbaycan dövlətinə və rəhbərliyinə, bu siyasəti dəqiqliyi ilə yerinə yetirən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1990-cı ilərdə Türkiyəyə köçmüş və hazırda İstanbul şəhərinin bir neçə rayonunda kompakt və qeyri-rəsmi şəkildə məskunlaşmış azərbaycanlıların problemləri dövlətimizin diqqət mərkəzindədir və bu çətinliklərin həlli istiqamətində addımlar atılır. Bu il martın 16-da Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş Üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib.


E-Bülten Üyeliği Yenilikler ve gelişmelerden haberdar olmak için e-bültene üye olun.